
ABŞ Konqresinin Nümayəndələr Palatası "ByteDance" şirkətinə məxsus sosial şəbəkə olan "TikTok"u qadağan edən qanun layihəsi hazırlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Sənəd “Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq haqqında” adlanır və müəllifləri respublikaçı Mayk Qallaqer və demokrat Raca Krişnamurtidir.
Əgər qanun qəbul edilsə, bu platforma ABŞ-də qadağan edilə bilər. Həmçinin qanun "TikTok"un "App Store" və ya veb hostinq platforması vasitəsilə yayılmasını da qadağan edir ki, bu da sosial şəbəkəni ABŞ-də qeyri-qanuni edəcək.
Qanunun qəbulu ABŞ prezidentinə qondarma xarici düşmənlərin nəzarətində olan digər tətbiqləri də qadağan etməyə imkan verəcək.
Hazırda yalnız ABŞ-nin Montana ştatında səlahiyyətlilər "TikTok"a qadağa qoyub, buna görə də şəbəkənin vəkilləri onlara qarşı iddia qaldırıb.