Menyu

"Samsung" smartfonu stratosferə göndərildi

Nərmin Qocamanlı
"Samsung" smartfonu stratosferə göndərildi

Samsung öz istehsalı olan "Galaxy S24 Ultra"nın fotoqrafiya imkanlarını qeyri-adi şəkildə nümayiş etdirmək qərarına gəlib. Buna görə də smartfonu hava şarına qoşaraq stratosferə qaldırıb və Yer planetinin bir çox fotoşəkillərini çəkmək üçün istifadə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə "9to5Google" məlumat yayıb.

Samsung smartfonu qoşulu olan şar təqribən 35,5 km yüksəkliyə qaldırılıb. Daha sonra Kaliforniya, Las-Veqas, Sierra Nevada dağ silsiləsi və Böyük Kanyon üzərində uçub. "Galaxy S24 Ultra" ilə hər bir sahə həddindən artıq yüksəklikdən çəkilib. Ümumilikdə "Samsung" smartfonu bir neçə gün havada olub və bu müddət ərzində 150-dən çox şəkil çəkib. Eksperimentin bir hissəsi olaraq əsas kamera, telefoto linzalar və ultra geniş bucaqlı obyektiv kimi müxtəlif smartfon kameralarından istifadə edilib.

Qeyd edək ki, "Samsung Galaxy S24 Ultra" 24 yanvar 2024-cü ildə təqdim edilib. Smartfon dörd kamera ilə təchiz olunub. Bu komplektə 200 meqapiksellik əsas modul, müvafiq olaraq üç və beşqat optik zoomlu 10 və 50 meqapiksellik telefoto linzalar və 12 meqapiksellik ultra geniş bucaqlı modul daxildir.

Teqlər:

"\"Samsung\" smartfonu stratosfer\u0259 g\u00f6nd\u0259rildi"

Fotogalereya

Əlaqəli Xəbərlər