Menyu

Zatulin: Ermənistan hökuməti açıq-aşkar Rusiya ilə münasibətləri kəsir

Zatulin: Ermənistan hökuməti açıq-aşkar Rusiya ilə münasibətləri kəsir

Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Ermənistan hökuməti Rusiya ilə əlaqələri açıq-aşkar kəsir.

"Operativ Media" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

"Ermənistan hökuməti Rusiya ilə əlaqələri açıq-aşkar şəkildə kəsir, səbəblər axtarır, bir addım digərinin ardınca gedir, bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, hər şey "Zvartnots"la məhdudlaşmayacaq. İndi nə deyirlərsə, danışdıqlarını mütəmadi olaraq həyata keçirirlər. Söhbət KTMT-dən çıxmaqdan gedir, o zaman Gümrüdə bazanın olması məsələsini qaldıracaqlar", - Zatulin bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət əvvəl bəyan etmişdi ki, Ermənistan Ermənistanın sərhəd qoşunlarının "Zvartnots" hava limanında xidmət göstərməli olduğu qənaətindədir: "Ermənistanın bu məsələdə dəqiq mövqeyi var və bu barədə Rusiyaya rəsmi məktubla məlumat verib".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər