Meksikada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb
Əziz Əzizli
Sakit okeanda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması üç hərbi qulluqçunun ölümü, ikisinin itkin düşməsi ilə sonuclanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə HDQ-nin press-relizində bildirilib.
Qeyd olunub ki, insident Lasaro-Kardenasadan (Miçoakan ştatı) 370 km cənub-qərbdə baş verib. Helikopterin göyərtəsində ümumilikdə səkkiz nəfər olub ki, onlardan üçü qurtarılıb.
Hadisənin səbəbi hələlik müəyyən edilməyib.
Xatırladaq ki, ötən ay Kolumbiyada helikopter qəzasında dörd polis əməkdaşı ölmüşdü.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net