Aİ ölkələri arasında su üstündə münaqişələr yarana bilər
Nərmin Qocamanlı
Su qıtlığı qlobal istiləşməyə hazır olmayan Aİ ölkələri arasında münaqişəyə səbəb ola bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası gələn həftə Aİ hökumətlərini iqlim dəyişikliyi ilə mübarizəyə hazırlıqları sürətləndirməyə çağıracaq.
AK bəyannaməsinin layihəsində su qıtlığı həyatın, demək olar ki, bütün sahələrini - qida, infrastruktur, iqtisadiyyat və insan sağlamlığını təhdid edən problem kimi təsvir edilir.
“Bu risklər müxtəlif yollarla yarana bilər. Bunlara sektorlar və su ehtiyatlarından istifadələr arasında artan rəqabət, o cümlədən üzv dövlətlər daxilində və onlar arasında transsərhəd su ehtiyatları üzərində potensial münaqişə riski daxildir”, - layihədə qeyd olunub.
Məlumatda bildirilib ki, artıq bəzi bölgələrdə mübahisələr mövcuddur. İspaniyada quraqlıqdan əziyyət çəkən Kataloniya ölkə hökumətini çay suyunu qonşu Araqondan yönləndirməyə çağırır ki, bu da siyasi gərginliyi artırır. Fransa keçən il su anbarlarının yaradılması planlarına görə şiddətli toqquşmalar yaşayıb.
Qeyd edək ki, Avropa Ətraf Mühit Agentliyinin (EEA) hesabatı martın 11-də dərc olunacaq. Ümumilikdə, Agentliyin qiymətləndirməsi Avropa üçün 36 əsas riski müəyyən edib.
Teqlər:
"A\u0130 \u00f6lk\u0259l\u0259ri aras\u0131nda su \u00fcst\u00fcnd\u0259 m\u00fcnaqi\u015f\u0259l\u0259r yarana bil\u0259r"