http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Avroviziya-2024" müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb

07 Mart 2024 , 21:44
"Avroviziya-2024" müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb. Bu il ölkəmizi İsveçin Malmö şəhərində Fahree - Fəxri İsmayılov təmsil edəcək.

“Operativ Media” xəbər verir ki, bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub.

Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapir.

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR
Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

XƏBƏR LENTİ
  • 16:46

    Putinin inauqurasiya günü bəlli olub
  • 16:28

    Ermənistan xarici işlər naziri Qətərə rəsmi səfərə gedib
  • 16:11

    Qəzza Səhiyyə Nazirliyi anklavda ölənlərin sayını açıqlayıb
  • 15:56

    Almaniyanın təhsil naziri universitetləri Çinlə əməkdaşlığı nəzərdən keçirməyə çağırıb
  • 15:37

    Ermənistanda etirazçılar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar
  • 15:29

    Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib
  • 15:15

    Ukraynanın dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib
  • 14:58

    Muxtar Babayev G7 Nazirlərinin İqlim, Enerji və Ətraf Mühit üzrə Görüşündə iştirak edir
Menyu