Menyu

Qadınlar 2024-cü ilin ən yaxşı avtomobilini seçiblər

Nərmin Qocamanlı
Qadınlar 2024-cü ilin ən yaxşı avtomobilini seçiblər

"Kia" 2024-cü ilin ən yaxşı “qadın avtomobili” seçilib. Bu dəfə sürücülərin rəğbəti böyük elektromobil - yeddi yerlik "Kia EV9" olub.

"Operativ Media" xəbər verir ki, Ümumdünya Qadın Avtomobili (WWCOTY) müsabiqəsinin münsiflər heyətində avtomobil jurnalistləri Cənubi Koreya krossoverini geniş salona, ​​təsir edici aerodinamikaya, təkmil dizayna və sürətli enerji doldurmağa görə yüksək qiymətləndiriblər. Belə ki, avtomobilin 240 kilometr məsafədə enerji təchizatını doldurmaq üçün təxminən 15 dəqiqə kifayət edir.

2024 Dünya Qadın Avtomobili 52 ölkədən 75 qadın avtomobil jurnalisti tərəfindən seçilib. Bu titul üçün beş iddiaçı var idi: "Volvo EX30" (Ən yaxşı ailə avtomobili), "BMW 5" seriyası (böyük avtomobil), "Volkswagen Amarok" (tam ötürücülü), "Aston Martin DB12" (Fərdi avtomobil) və "Kia EV9".

Yeddi yerlik "Kia EV9" ötən ilin yazında təqdim edilib. Beş metrlik kuzova malik avtomobil üç versiyada təklif olunur: 204 və 218 at qüvvəli tək mühərrik və 385 at qüvvəli ikiqat mühərrik. Sonuncu sıfırdan 100 kilometrə 5,3 saniyəyə sürətlənir. Ən zəif mühərrikə sahib olan ən uzun məsafəli "Long Range" versiyası 541 kilometr məsafəyə malikdir. Standart avadanlığa adaptiv kruiz-kontrol və 10 təhlükəsizlik yastığı daxildir.

Teqlər:

"Qad\u0131nlar 2024-c\u00fc ilin \u0259n yax\u015f\u0131 avtomobilini se\u00e7ibl\u0259r"

Əlaqəli Xəbərlər