Menyu

Artıq "Spotify"da musiqi videoları mövcuddur

Nərmin Qocamanlı
Artıq "Spotify"da musiqi videoları mövcuddur

"Streaming" xidməti "Spotify" proqrama tammetrajlı musiqi videoları əlavə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Sabahdan etibarən klipə baxmaq Böyük Britaniya, Almaniya, İtaliya, Hollandiya, Polşa, İsveç, Braziliya, Kolumbiya, Filippin, İndoneziya və Keniyada bəzi "Spotify" istifadəçiləri üçün əlçatan olacaq.

Yeniləmə indiyə qədər yalnız premium abunəçilərlə məhdudlaşan beta versiyasının bir hissəsi kimi ortaya çıxıb. Video kataloqu qlobal və yerli sənətçilərin hitləri ilə məhdudlaşır.

Xatırladaq ki, bundan əvvəl "Spotify" platformasında podkastlar buraxıb. Lakin onlar şirkətin gözlədiyi qədər gəlirli olmayıb. Beləliklə, 2022-ci ilin birinci yarısında xidmət itkisi 530 milyon avroya çatıb və nəticədə sayt məzmundan pul qazanma sistemini yenidən nəzərdən keçirməli olub.

Teqlər:

"Art\u0131q \"Spotify\"da musiqi videolar\u0131 m\u00f6vcuddur"

Əlaqəli Xəbərlər