Çin ABŞ-nin "TikTok" qadağası ilə bağlı cavab tədbirləri görəcək
Nərmin Qocamanlı
Çin hakimiyyəti ABŞ-nin "TikTok" sosial şəbəkəsini qadağan etmək niyyəti ilə əlaqədar lazımi cavab tədbirləri görəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadonq brifinqdə bildirib.
"Biz ABŞ Konqresində baş verənləri nəzərə almışıq. Çin öz qanuni hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - deyə o vurğulayıb.
He Yadonq qeyd edib ki, Vaşinqton xarici şirkətlərə əsassız təzyiqləri dayandırmalı və ABŞ-də investisiya yatıran və bizneslə məşğul olan bütün ölkələrin şirkətləri üçün açıq, ədalətli və ayrı-seçkilikdən uzaq mühiti təmin etməlidir.
Xatırladaq ki, martın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası "TikTok"a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər "ByteDance" şirkətinə bu sosial şəbəkəni satmaq üçün altı ay vaxt verməyi təklif edirlər. Daha sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək. ABŞ prezidenti Co Bayden isə müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu bildirib.
Teqlər:
"\u00c7in AB\u015e-nin \"TikTok\" qada\u011fas\u0131 il\u0259 ba\u011fl\u0131 cavab t\u0259dbirl\u0259ri g\u00f6r\u0259c\u0259k"