Vatsapda yeni funksiya: bunu etmək qadağan edilib
Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp" istifadəçilərə yeni funksiyalar təqdim etməyə davam edir.
"Operativ Media" xəbər verir ki, “Meta” şirkəti Vatsapa “Android” istifadəçiləri üçün profil şəkillərinin ekran görüntüsünü çəkməsinə mane olacaq yeni funksiyanı təqdim edib.
Belə ki, ekran görüntüsünü götürməyə çalışdığınız zaman ekranın aşağı hissəsində "tətbiq məhdudiyyətlərinə görə" ekran görüntüsünün çəkilə bilmədiyi bildirişi görünür.
Şirkət bu yeni funksiya ilə istifadəçilərin fotoşəkillərinin saxtakarlıq, imitasiya və ya təcavüz üçün istifadə edilməsinin qarşısını almağa çalışacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net