18 Mart 2024, 19:38
“Fövqəladə hallar könüllüləri” proqramının təlimləri başa çatıb
“Fövqəladə hallar könüllüləri” proqramının təlimləri başa çatıb şəkil
“Fövqəladə hallar könüllüləri” proqramının təlimləri başa çatıb

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirmək, o cümlədən əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaq məqsədilə həyata keçirilən “Fövqəladə hallar könüllüləri” proqramının təlimləri başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bu barədə könüllülərlə keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyi sistemində könüllü fəaliyyətin təşkili və həyata keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun sədri polkovnik Cəlil Quliyev məlumat verib. O, qeyd edib ki, 2023-cü ilin oktyabr ayından fəaliyyətə başlayan proqram çərçivəsində könüllülər fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, müxtəlif ekstremal situasiyalarda davranış qaydaları, o cümlədən ilk yardım və ilkin psixoloji yardım göstərilməsi, yanğından mühafizə, mülki müdafiə, müvafiq infrastrukturun qurulması və s. mövzularda həm nəzəri, həm də praktik təlimlərə cəlb olunublar.

Təlimlər çərçivəsində proqram iştirakçıları Nazirliyin müvafiq qurumlarında fövqəladə hallar zamanı tətbiq edilən avadanlıqlarla yaxından tanış olaraq, istifadə qaydalarını mənimsəmək imkanı da əldə ediblər.

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək