18 Mart 2024, 21:35
Bayram günü Bakıda və bölgələrdə hava necə olacaq?
Bayram günü Bakıda və bölgələrdə hava necə olacaq? şəkil
Bayram günü Bakıda və bölgələrdə hava necə olacaq?

Martın 20-də Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 9 dərəcə, minimal temperaturu isə 5 dərəcə olacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, küləyin sürəti 15-20 m/san olacaq.

Gəncə-Qazaxda maksimal temperatur 11 dərəcə, minimal temperatur isə 3 dərəcə olacaq. Küləyin sürəti 15 m/saniyəyə çatacaq.

Balakən-Şəkidə maksimal temepartur 11 dərəcə, minimal temperatur isə 4 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Dağlıq Şirvan ərazisində havanın maksimal temperatur 8 dərəcə, minimal temperatur isə 4 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Quba-Qusarda havanın maksimal temperaturu 5 dərəcə, minimal temperaturu isə 0 dərəcə olacaq. Küləyin sürəti 15-17 m/s-yə çatacaq.

Mərkəzi Aran zonasında havanın maksimal temperaturu 13 dərəcə, minimal temperaturu isə 5 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Lənkəran - Astra zonasında havanın maksimal temperaturu 11 dərəcə, minimal temperaturu isə 2 dərəcə olacaq. Küləyin sürəti 15 m/s olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın maksimal temperaturu 10 dərəcə, minimal temperaturu isə 2 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s olacaq.

Qarabağ və Şərqi-Zəngəzur bölgəsində havanın maksimal temperaturu 5 dərəcə, minimal temperaturu isə -5 dərəcə olacaq. Külək 15 m/s olacaq.

Son xəbərlər
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub