Qaqauziya rəhbəri Moldova prezidentini məhkəməyə verəcək
Nərmin Qocamanlı
Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib ki, onun vəkilləri prezident Maya Sanduya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunu qorumaq üçün məhkəmə iddiası hazırlayır.
"Operativ Media" xəbər verir ki, bu barədə Qutsul öz Telegram kanalında yazıb.
"Prezident Maya Sandu növbəti dəfə xalqımıza və muxtariyyətimizə qarşı ayrı-seçkilik xarakterli hücumlara yol verib. Onun bəyanatları bütün qaqauzları təhqir edir. Hüquqşünaslarımız 18 mart 2024-cü ildə mətbuat konfransında yayılan yalan və böhtanlara görə vətəndaş Maya Sanduya qarşı dərhal böhtan iddiası açacaq", - Qutsul bildirib.
Teqlər:
"Qaqauziya r\u0259hb\u0259ri Moldova prezidentini m\u0259hk\u0259m\u0259y\u0259 ver\u0259c\u0259k"