Menyu

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

Nərmin Qocamanlı
Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, onlardan 2159-u təkərli oturacaq, 399-u aşağı və yuxarı ətraf protezi, 507-si qoltuqaltı və dirsəkaltı ağac, 423-ü eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 560 cüt protez ayaqqabı, 927 cüt ortopedik ayaqqabı, 13 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 2 ayı ərzində ümumilikdə 3,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsilə təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər