Menyu

Rusiya XİN: Aİ-nin Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir

Nərmin Qocamanlı
Rusiya XİN:  Aİ-nin Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır.

"Operativ Media" RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Ermənistan ərazisindən Aİ missiyası ölkəmiz, İran və Azərbaycan haqqında casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına, hətta geridönməz nəticələrə gətirib çıxara bilər”, - o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Bakı ilə İrəvan arasında “münasibətlərin həlli resepti” Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əməl etməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər