06 Oktyabr 2022, 09:59
Minalı ərazilərə qanunsuz yollarla daxil olmağa cəhd edən 2 nəfər saxlanılıb
Minalı ərazilərə qanunsuz yollarla daxil olmağa cəhd edən 2 nəfər saxlanılıb şəkil
Minalı ərazilərə qanunsuz yollarla daxil olmağa cəhd edən 2 nəfər saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan daxil olmağa cəhd göstərən şəxslər saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan " Operativ Media"ya verilən məlumata görə, rayon sakinləri Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar. Yoxlamalar zamanı həmmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.

 

Son xəbərlər
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı