İsveç XİN: "NATO və Aİ-ni Rusiya ilə uzunmüddətli münaqişə gözləyir"
Nərmin Qocamanlı
"Şimali Atlantika Alyansı və Avropa İttifaqı ölkələri Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşmalıdırlar".
"Operativ Media" xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström bildirib.
"Biz başa düşməliyik ki, bizi Rusiya ilə uzunmüddətli münaqişə gözləyir. Bu, NATO və Aİ-yə aiddir. Biz buna uyğun hazırlaşmalıyıq", - o deyib.
Nazirin fikrincə, bu, ilk növbədə Baltikyanı ölkələr və Polşaya aiddir.
Billström qeyd edib ki, İsveç Latviyaya mexanikləşdirilmiş batalyonun bir hissəsini göndərməyi planlaşdırır, həmçinin Qotland adası və Baltik dənizi ərazisində dəniz qüvvələrini gücləndirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net