Nigeriyada silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib
Nərmin Qocamanlı
Nigeriyada baş verən silahlı hücumda 21 nəfər həyatını itirib.
"Operativ Media" yerli mətbuata istinadən xəbər verir ki, gecə saatlarında Nigerin Madaka bölgəsinə motosikletli silahlı şəxslər gələrək atəş açıblar.
Hücumda bölgə rəisi də daxil olmaqla 21 nəfər həyatını itirib, onlarla insan qaçırılıb.
Ən azı 50 evin yandırıldığı hücumda yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.
Bu arada Niger Dövlət Polisinin sözçüsü Vasiu Abiodun, hücumlar səbəbilə təhlükəsizlik qüvvələrinin polis və ordu ilə əməkdaşlıq edərək bölgəyə göndərildiyini bildirib.
Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.
Nigeriyada ölüm cəzası olsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.
Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.