İranda avtobus aşıb - Xəsarət alanlar var
Bu gün səhər saatlarında İranın şimalında yerləşən Əlborz vilayətində sərnişin avtobusu aşıb.
"Operativ Media"nın məlumatına görə, bunu İranın Əlborz vilayəti təcili tibbi yardım mərkəzinin direktoru Əhməd Məhdəvi deyib.
Onun sözlərinə görə, Ləngərud rayonundan Tehran istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 14 nəfər xəsarət alıb. Xəsarət alanların 9-u qadın, 5-i isə kişi olub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Əlborz yol polisi avtobus sürücüsünün yuxulu olmasının qəzaya səbəb olduğunu bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net