http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xaricdən avtomobil sifariş vermək, ya daxili bazardan almaq sərfəlidir?

25 Mart 2024 , 15:15
Xaricdən avtomobil sifariş vermək, ya daxili bazardan almaq sərfəlidir?

Avtomobil almaq istəyənlər ya daxili bazardan seçim edir, ya da xaricdən sifariş edirlər. Hər iki alış üsulunun həm müsbət, həm də riskli tərəfləri var. Bəs hansı üsul sərfəlidir?

“Operativ Media”ya açıqlama verən avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, son iki aydır ki, paytaxtın avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb.

“Son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı artıb. Bəziləri daha ucuz qiymətə avtomobil sahibi olmaq üçün etsə də, satış üçün gətirənlər də çoxalıb. Ümumi hesablasaq, daşıma qiymətləri, gömrük rüsumları artıb. Bununla belə əgər alıcı avtomobili xaricdən sifariş versə, 10 faiz ucuz əldə edə bilər. Əgər avtomobil daxili bazarda 20 min manatdırsa, sifarişlə 18 min manta gətirmək olur. Bahalı maşınlarda məbləğ daha çox fərq edir. 40 min dollarlıq maşında 5 min dollar ucuz da başa gəlir. Alıcılar əsasən Amerika, Koreya və Dubaydan sifariş edirlər. Almaniyadan gətirənlər isə azalıb. Çünki, Avropa ölkələrində qiymətlər yüksəkdir. Onların alternativini yüngül xərclə qəzalı vəziyyətdə Amerikadan və ya Koreyadan almaq olur. Ona görə də, son illər Almaniyadan gətirilən maşınların sayı azalıb”

Sərxan Qədirovun sözlərinə görə, bazarların da dolu olmasının səbəbi alverçilərin bazarlara bir neçə maşını satışa çıxarmasıdır. Çünki, heç də hərkəs xaricdən avtomobil almağa üstünlük vermir.  Səbəb isə odur ki, sifariş verilən avtomobilin gözlənilən vəziyyətdə gəlməməsidir.

“Dəfərlərlə olub ki, vətəndaş sifariş verib və maşın gələndə məlum olub ki, avtomobil suda qalıb. Koreyadan gətirilən maşınların əksəriyyətinin isə kilometrajı geri çəkilir. Alan adam bilmir ki, kilometrajı orijinaldır ya geri çəkilib. Ona görə də xaricdən daha çox alverçilər sifariş verir. Özünə ilk maşın alan və ya tam anlayışı olmayanlar sifariş vermir. Bəzi alıcılar düşünür ki, daxili bazardan alıb, ustaya yoxlatsam ürəyim də rahat olar. Əgər avtomobil almaq istəyən şəxs bu sahədən məlumatlıdırsa, özü sifariş versin, əks halda aldadıla bilər”

OXŞAR XƏBƏRLƏR
Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
  • Dünən
    23:02

    Blinken: "ABŞ Ermənistanla Azərbaycanın delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir"
  • Dünən
    22:59

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
  • Dünən
    22:55

    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
  • Dünən
    22:49

    Meksikada sərnişin avtobusu aşıb, 14 nəfər ölüb
  • Dünən
    22:46

    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • Dünən
    22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • Dünən
    22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
Menyu