Menyu

Uşaq əyləncə mərkəzlərində qiymətlər neçəyədir?

Uşaq əyləncə mərkəzlərində qiymətlər neçəyədir?

İstirahət günlərində xüsusilə valideynlər uşaqlarının vaxtını səmərəli keçirmək üçün uşaq-əyləncə mərkəzlərinə üz tuturlar. Bu sektor gəlirli sahə olduğundan paytaxda belə mərkəzlərin sayı da kifayət qədərdir. Bəs qiymətlər necədir?

“Operativ Media” paytaxtdakı uşaq-əyləncə mərkəzlərinin qiymətini araşdırıb.

Belə məkanlarda qiymətlər xidmətlərdən və yaş qrupundan asılı olaraq dəyişir. Valideyn 1 uşağın 1 saatlıq əylənməsi üçün ən azı 6-8, daha yaxşı istirahəti üçün isə 25-30 manatından keçməlidir. Əgər bura yemək və digər xidmətlər əlavə edilərsə, bu məbləğ daha da artar.

Paytaxtdakı parklarda olan atraksionların qiyməti 1 manatdan başlayır. Bir çox atraksionun qiyməti 2-5 manat, “VR Box” və güzgülü ev kimi oyun məkanlarına giriş isə 10 manatdır.

Bakıdakı ticarət mərkəzlərində olan əyləncə yerlərini qiyməti isə nisbətən bahadır. Qiymətlər 20-35 manat arası dəyişir.

Teqlər:

"U\u015faq \u0259yl\u0259nc\u0259 m\u0259rk\u0259zl\u0259rind\u0259 qiym\u0259tl\u0259r ne\u00e7\u0259y\u0259dir?"

Əlaqəli Xəbərlər