Martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.






