Menyu

Putin Rusiyanın Polşaya hücum ehtimali ilə bağlı iddiaları cəfəngiyyat adlandırıb

Əziz Əzizli
Putin Rusiyanın Polşaya hücum ehtimali ilə bağlı iddiaları cəfəngiyyat adlandırıb

Putin Rusiya Müdafiə Nazirliyinin Tver vilayətində ordu aviasiya təlim mərkəzinə baş çəkib. Burada hərbi pilotlarla söhbət edən Putin Rusiya ordusunun aviasiya bölməsinin Ukraynadakı münaqişələrdə mükəmməl işlədiyini və nəticəyə töhfə verdiyini bildirib.

"Operativ Media" xəbər verir ki, dəfələrlə döyüş təyyarəsi ilə uçduğunu və döyüş təyyarəsi pilotlarının işinin çətin olduğunu bildirən Putin Rusiyanın Su-34 bombardmançı, Su-30 və Su-57 yeni model döyüş təyyarələrinin münaqişə bölgəsində çox yaxşı iş gördüyünü qeyd edib.

Qərb ölkələrinin Ukraynaya F-16 döyüş təyyarələri vermə planı və ukraynalı pilotların yetişdirilməsi ilə bağlı qiymətləndirmələr edən Putin, “Bu, münaqişə bölgəsində heç nəyi dəyişməyəcək. “Biz bu gün tankları, zirehli texnikanı və digər hərbi texnikanı, o cümlədən çoxsaylı buraxılış sistemlərini məhv etdiyimiz kimi (F-16 modeli) təyyarələri də məhv edəcəyik” deyə bildirib.

F-16 döyüş təyyarələrinin nüvə silahı daşıma qabiliyyətinə malik olduğuna diqqət çəkən Putin, bu təyyarələrlə döyüşərkən bunu nəzərə alacaqlarını bildirib.

Ukraynaya veriləcək bu təyyarələrin NATO hava limanlarından istifadə ediləcəyi təqdirdə nə ediləcəyinə aydınlıq gətirən Rusiya lideri Putin, “Təbii ki, bu təyyarələr üçüncü ölkələrin hava limanlarından istifadə edilərsə, harada olurlarsa olsunlar bizim üçün qanuni hədəfə çevriləcəklər" deyib.

Putin ABŞ-ın müdafiə xərclərinin Rusiyadan çox olduğuna diqqət çəkərək, Rusiyanın NATO ilə döyüşməyi planlaşdırdığı iddialarının absurd olduğunu bildirib.

Putin Rusiyanın Baltikyanı ölkələr və Polşaya hücum ehtimalı ilə bağlı iddialarını da “cəfəngiyat” kimi qiymətləndirib.

Teqlər:

"Putin Rusiyan\u0131n Pol\u015faya h\u00fccum ehtimali il\u0259 ba\u011fl\u0131 iddialar\u0131 c\u0259f\u0259ngiyyat adland\u0131r\u0131b"

Əlaqəli Xəbərlər