DTX 2023-cü ildə 190 cinayət işinin ibtidai istintaqını aparıb
Nərmin Qocamanlı
Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edilib.
Bildirilib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.
Teqlər:
"DTX 2023-c\u00fc ild\u0259 190 cinay\u0259t i\u015finin ibtidai istintaq\u0131n\u0131 apar\u0131b"