28 Mart 2024, 11:14
MTK-larda parkinq qiymətləri neçəyədir?
MTK-larda parkinq qiymətləri neçəyədir? şəkil
MTK-larda parkinq qiymətləri neçəyədir?

“Paytaxt ərazisində elə MTK-lar var ki, ev qiymətinə qaraj satırlar. Bir qarajın qiyməti 60 min manatdır”.

Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.

Ekspertin sözlərinə görə, qarajlar baha olduğundan sürücülər avtomobillərini binanın yaxınlığındakı yollarda saxlamalı olurlar. Bu isə həm ev sahibi üçün, həm də digər sürücülər üçün problemdir.

“Bu parkinqlərin az olmasından irəli gəlir. Xüsusən yeni tikilən binalarda avtomobillər üçün duracaqların olmaması həmin ərazilərdəki yollarda ciddi sıxlıq yaradır. Bakı şəhərində torpaq sahələrinin məhdud olması binaların sıx şəkildə tikilməsinə səbəb olur. Həmin binaların sakinləri  avtopark olmadığından və ya məhdud olduğundan öz avtomobillərini yol kənarlarında saxlayırlar. Bu baxımdan çoxmənizlli binalar inşa olunan  zaman onlar üçün həm binaların zirzəmisində, həm də kənar ərazidə xüsusi avtopark yerləri inşa edilməlidir ki, vətəndaşlar avtomobillərini park edə bilsinlər. 

Nofəl Quliyevin sözlərinə görə, yeni binalarda qarajların baha olması da məsələyə birbaşa təsir edir. 
“Həmin binalardakı avtopark yerlərinin qiyməti də  kəskin artmaqdadır. Hazırda Bakı şəhərində çoxmənzilli binalarda yeraltı avtoparkların qiyməti 1 maşın üçün 10 min manatdan başlayaraq, 60 min manata qədər davam edir. Avtoprak yerlərinin baha olması, aylıq xərclərinin çox olması vətəndaşlarda həmin avtorparkları əldə etmələrində problemlər yaradır. Qarajlarda gündəlik arenda qiymətləri 30 manatdan başlayır. Şəhər mərkəzinə yaxın olan yerlərdə isə demək olar ki, aylıq icarəsi 50 manat olan qaraj yoxdur. Əksəriyyətinin icarə haqqı 100 manat və üzəridir. Problemin daha da dərinləşməməsi üçün çoxmənzilli binaların inşası üçün nəzərdə tutulan qaydalarda dəyişikliklərin aparılmasına zərurət var. Mənzil sahiblərinin sayına uyğun parkinqin olması tikinti şirkəti qarşısında şərt kimi qoyulmalıdır”.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır