http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər

28 Mart 2024 , 17:12
Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri olan “Saka Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən "Operativ Media"ya bildirilib ki, memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (Altın tren) adlı birgə filmin istehsalı nəzərdə tutulur.

Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu imzalayıb.

Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.

Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR
Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

XƏBƏR LENTİ
  • 13:28

    Mikayıl Cabbarov Səudiyyə Ərəbistanın energetika naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
  • 13:14

    Dumana görə yollarda görmə məsafəsi məhdudlaşacaq
  • 12:57

    Sabah 30 dərəcə isti olacaq
  • 12:40

    Mikayıl Cabbarov “Saudi Aramco” prezidenti ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
  • 12:31

    İraq və Suriyanın şimalında 3 terrorçu zərərsizləşdirilib
  • 12:16

    Rusiya Nikolayvə PUA-larla hücum edib
  • 11:59

    Britaniya səfiri Əlincəqalada - FOTO
    Britaniya səfiri Əlincəqalada - FOTO
  • 11:46

    Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir
    Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında səfərdədir
Menyu