29 Mart 2024, 10:00
"Telegram"dan necə pul qazanmaq olar?
"Telegram"dan necə pul qazanmaq olar? şəkil
"Telegram"dan necə pul qazanmaq olar?

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan "Telegram" istifadəçilərin pul qazanmasını təmin edəcək yeni sistem yaradıb. Bu yeni sistem bəzi təhlükəsizlik risklərini gətirsə də, istifadəçilərə ayda 5 dollar qazanmağa imkan verəcək.

"Operativ Media" xəbər verir ki, qazanılan bu pul "Telegram Premium" abunəliyini pulsuz edəcək.

"Telegram"ın pul qazanma metodu "Peer-to-Peer Login" (P2PL) adlanır. "Telegram" rəhbərliyi bu sistemdə qeydiyyatdan keçmiş istifadəçilərin telefon nömrələrindən istifadə etməklə öz xərclərini azaldır. Bunun müqabilində istifadəçiyə pul ödəyir.

Platformanın monetizasiya xüsusiyyəti istifadəçidən mobil operator kimi istifadə edir. Belə ki, "Telegram" tətbiqinə daxil olmaq istədiyiniz zaman SMS vasitəsilə təsdiq kodu almalısınız. Burada Telegram bu SMS-ləri monetizasiya funksiyasını aktivləşdirmiş istifadəçiyə göndərəcək. Yəni, göstərdiyiniz telefon nömrəsindən başqa "Telegram" istifadəçisinə SMS göndəriləcək və bu SMS-də digər istifadəçinin doğrulama kodu olacaq.

"Telegram"dan verilən açıqlamalarda bu sistemdə iştirak edəcək istifadəçinin Android telefonundan istifadə etməli olduğu bildirilir.

Bundan əlavə, "Telegram"ın pul qazanma funksiyası hələlik adları açıqlanmayan bəzi ölkələrdə mövcud olacaq. Bu sistem indilik bütün istifadəçilər üçün açıq deyil. "Telegram" bu sistemi bəzi şanslı istifadəçilərlə sınaqdan keçirəcək.

Funksiyanın təhlükəsizlik problemlərindən biri isə odur ki, sistemdə qeydiyyatdan keçən istifadəçi "Telegram Premium" abunəliyindən pulsuz istifadə etmək üçün öz telefon nömrəsini yüzlərlə insanla paylaşmalı olacaq. Üstəlik, "Telegram"ın özü bunun riskli olduğunu bildirir. Bununla belə, istifadəçiyə heç bir zəmanət verilmir. Beləliklə, bütün məsuliyyət istifadəçinin üzərinə düşür.

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar