"Telegram" kanallarında reklamları söndürmək mümkün olacaq

Nərmin Qocamanlı
"Telegram" kanallarında reklamları söndürmək mümkün olacaq

"Telegram"ın ən son beta versiyasında kanallarda reklamları və digər yeni funksiyaları söndürmək imkanı olacaq.

"Operativ Media" xəbər verir ki, "Telegram" kanallarının sahibləri 20 və daha yuxarı səviyyəyə çatdıqda kanallarında messencerdə quraşdırılmış reklamları deaktiv edə biləcəklər. Bu, bütün abunəçilər üçün reklam blokunun nümayişini dayandıracaq.

Monetizasiya funksiyası kanal sahibləri üçün də təqdim ediləcək. Onlar gəlirlərin 50%-ni ala biləcəklər və ödənişlər TON kriptovalyutası ilə həyata keçiriləcək. Bu funksiya bütün bölgələrdə işləməyəcək. Bundan əlavə, biznes hesabları yaradan istifadəçilər həm də söhbətlər üçün “giriş” əldə edə biləcəklər ki, bu da müştərilərin biznesə yazmadan əvvəl görəcəkləri mesajdır.

Qeyd olunan funksiyaların Android, iOS və PC-də "Telegram"ın stabil quruluşlarında nə vaxt görünəcəyi məlum deyil.

Digər xəbərlər