Menyu

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb
1 dəq oxu

Sumqayıtda zavodda ölüm faktı baş verib. "Azərboruyayma" istehsalat sahəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan "Operativ Media"ya verilən açıqlamada bildirilir:

"Sumqayıt şəhərindəki Azərboru istehsalat sahəsində fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş yerində dünyasını dəyişib. Hazırda ölümün baş vermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb. Daha ətraflı məlumat araşdırma bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq".

Əlaqəli Xəbərlər