Ana səhifə / Cəmiyyət / Bu gecə ikinci Qədr gecəsidir Bu gecə ikinci Qədr gecəsidir 30.03.2024, 10:08 Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir. "Operativ Media" xəbər verir ki, ikinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə, yəni martın 30-dan 31-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Teqlər: "Bu gec\u0259 ikinci Q\u0259dr gec\u0259sidir"