Polis əməkdaşları tərəfindən 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 29-da ümumi çəkisi 9,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana və 530 qramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma