Menyu

Bərdədə canavar təsərrüfata hücum etdi - 20 qoyun tələf oldu

Bərdədə canavar təsərrüfata hücum etdi - 20 qoyun tələf oldu

Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə, 20 baş xırdabuynuzlu heyvan tələf olub.

"Operativ Media"xəbər verir ki, hadisə rayonunun Tumaslı kəndində, Rza Hüseynova məxsus təsərrüfatda baş verib.

Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb, 30 başını isə yaralayıb. Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib.

Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Qeyd edək ki, təsərrüfat sahibi bildirib ki, baş verən hadisə zamanı ona 10 min manata yaxın ziyan dəyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər