Mahaçqala və Kaspiyskdə antiterror əməliyyatı rejimi yaradılıb
Təhlükəsizlik qüvvələri iki regionda: Mahaçqala və Kaspiyskdə (Dağıstan) antiterror əməliyyatları həyata keçirir.
"Operativ Media" xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya FSS-nin operativ qərargahındakı mənbəyə istinadən məlumat yayıb.
"Səhər saat 5:35-dən etibarən Leninski, Sovetski rayonları və Mahaçqalanın Kaspiysk şəhərinin inzibati sərhədlərində antiterror əməliyyatı rejiminin tətbiqi barədə qərar qəbul edilib", - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatı müddətində növbəti xəbərdarlığa qədər qeyd olunan ərazidə bir sıra xüsusi tədbirlər və müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
"Dağıstanın operativ qərargahı respublikanın bütün sakinlərini ekstremizm və terrorizmlə mübarizədə problemlərin həllində sayıqlığı artırmağa və hüquq-mühafizə orqanlarına hərtərəfli dəstək verməyə çağırır", - qərargahın nümayəndəsi bildirib.
Agentliyin həmsöhbəti əlavə edib ki, vəziyyətin inkişafı ilə bağlı əlavə məlumat veriləcək.