http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İcma 31 Mart Soyqırımı ilə bağlı bəyanat yayıb

31 Mart 2024 , 13:22
İcma 31 Mart Soyqırımı ilə bağlı bəyanat yayıb

Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Ermənistanın və erməni silahlı qruplaşmalarının azərbaycanlılara qarşı törətdiyi çoxsaylı soyqırımı aktlarından biri olan 1918-ci il martın 31-də erməni-bolşevik silahlı qruplarının Bakı şəhərində azərbaycanlıları kütləvi qətliamının tarixi ilə götürülmüş bu gün bir hüzn günü olmaqla yanaşı, həm də bu cinayətləri törədənlərin hələ də cəzasız qalmasına dair bəşəriyyətə bir xatırlatmadır.

"Operativ Media" xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərazində aparılıb və əsas məqsədi tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.

Azərbaycan xalqına qarşı soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilib və tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib. 1905-ci ildən intensivləşməyə və açıq forma almağa başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olub. Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə həyata keçirib.

Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-1952, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb və azərbaycanlılara məxsus mədəni irs tamamilə dağıdılıb.

1918-ci il martın 31-də Bakıda ifrat millətçi “Daşnaksütyun” partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliamı əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.

Ermənistan beynəlxalq öhdəliklərinə rəğmən irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, MonteMelkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi irqçi ideologiyanı dövlət səviyyəsində təşviq edir.

Biz Ermənistandan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağı tələb edirik. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu