Menyu

KİV: ABŞ Yaponiya və Cənubi Koreya liderlərini NATO sammitinə dəvət etməyi planlaşdırır

KİV: ABŞ Yaponiya və Cənubi Koreya liderlərini NATO sammitinə dəvət etməyi planlaşdırır

ABŞ iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə Yaponiyanın baş naziri Fumio Kişida və Koreya Respublikasının prezidenti Yoon Seok-yeol dəvət etmək niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. 

Mənbələrin sözlərinə görə, Amerika prezidenti Co Baydenin də Vaşinqtona səfəri zamanı Yaponiya və Cənubi Koreya liderləri ilə üçtərəfli görüş keçirəcəyi gözlənilir. Ehtimal olunur ki, danışıqlar zamanı tərəflər Ukrayna, Şimali Koreya ətrafındakı vəziyyəti, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini və digər mövzuları müzakirə edəcəklər.

ABŞ NATO ilə Asiya-Sakit okean regionu ölkələri arasında əməkdaşlığa böyük diqqət yetirir, buna görə də Yaponiya və Cənubi Koreya nümayəndələrinin Şimali Atlantika Alyansının sammitinə dəvətləri müntəzəm xarakter alır.

Son illər Yaponiya NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Baş nazir Fumio Kişida artıq iki dəfə alyans sammitlərində iştirak edib. NATO-nun Brüsseldəki qərargahında Yaponiyanın daimi nümayəndəliyi fəaliyyət göstərir. 

Teqlər:

"K\u0130V: AB\u015e Yaponiya v\u0259 C\u0259nubi Koreya liderl\u0259rini NATO sammitin\u0259 d\u0259v\u0259t etm\u0259yi planla\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər