Menyu

"Telegram"da kanal sahibləri üçün pul qazanma funksiyası aktivləşib

Nərmin Qocamanlı
"Telegram"da kanal sahibləri üçün pul qazanma funksiyası aktivləşib

"Telegram" kanal sahibləri üçün pul qazanma funksiyasını işə salıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Telegram"ın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, artıq 1 mindən çox izləyicisi olan kanalların sahibləri gəlirin 50%-ni onlarda nümayiş etdirilən reklamlardan əldə edə biləcəklər. 

Həmçinin "Telegram" reklam və pul çıxarma ödənişlərini təmin etmək üçün TON blokçeyninə əsaslanan kriptovalyutadan istifadə edəcək.

Şirkət həmçinin aydınlaşdırıb ki, TON əsaslı reklamlar hazırda Rusiya, Ukrayna, Fələstin və İsrail kimi ölkələrdə istifadəçilərə göstərilmir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər