http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Daxili su hövzələrində sənaye balıq ovu 1 sentyabra qədər qadağan edilib

01 Aprel 2024 , 16:52
Daxili su hövzələrində sənaye balıq ovu 1 sentyabra qədər qadağan edilib

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.

"Operativ Media"nın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.

Xidmət rəisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər.

“Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

F.Əliyev qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu