İt dişlənməsi zamanı ilkin tibbi yardım necə olmalıdır?

Nərmin Qocamanlı
İt dişlənməsi zamanı ilkin tibbi yardım necə olmalıdır?

Sahibsiz itlərin hücumu ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Belə hallarda yerinə yetirilməsi ilkin tibbi yardımın göstərilməsi vacibdir.

Bəs it dişlənməsi zamanı ilkin tibbi yardım necə olmalıdır?

Mövzu ilə əlaqədar tibb eksperti, həkim Adil Qeybulla "Operativ Media"ya açıqlamasında qeyd edib ki, heyvan dişləməsinə məruz qaldıqda antirabik, yəni quduzluq əleyhinə vaksinin mümkün qədər tez vurulması məsləhətdir:

"Çünki bu quduzluqdan qorumağa kömək edir və dişləyən heyvanların da bir çoxu əksər hallarda quduz olurlarlar. Hətta quduz olmasa belə, profilaktik məqsədlə mütləq bu vaksinasiya olunmalıdır. Eyni zamanda həmin dişləyən heyvan da imkan daxilində nəzarətdə saxlanmalıdır ki, onun quduz olub-olmadığı müəyyənləşdirilsin.

Digər tərəfdən həmin proses zamanı zədə almış şəxsin yaralıları ilkin işlənməlidir, steril sarğı qoyulmalıdır və antiseptiklərdən tam təmizlənəndən sonra bu sarğı bir neçə gün davam etdirməlidir. Yaranın böyüklüyüdən asılı olaraq tikiş atıla bilər və beləliklə, zədələnmiş toxumaların tamlığı bərpa olunar".

Həkimin sözlərinə görə, profilaktik məqsədlə vaksin üç dəfə vurulur:

"Hadisənin birinci günü, yeddinci və iyirminci günlərində vaksin olunur. Amma əgər hansısa bir xəstəlik faktı ortaya çıxıbsa, bu zaman vaksinasiya intensivləşdirilir".

Digər xəbərlər