Binəqədi-Balaxanı yolunun kəsişməsindəki dairə ləğv edilir
Nərmin Qocamanlı
Binəqədi-Balaxanı yolunun kəsişməsindəki dairə ləğv edilib, yerində körpü tikilir.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Operativ Media”ya açıqlamasında bildirib ki, dairənin ləğv edilməsinin səbəbi yeni salınan Pirşağı-Böyükşor yolunun üzərində körpünün tikintisidir:
“Paytaxda nəqliyyat sıxlığının qarşısını almaq məqsədi ilə Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanıb. Yolun Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacağı gözlənilir. Köhnə dairənin yerində körpü tikintisi aparılır. Böyükşor gölü üzərindən gələn sürücülər təxminən 100-150 metr sağa doğru gedib, orda yeni yaradılan dairədən geriyə dönərək, Mehdiabad-Novxanı qəsəbələri istiqamətində rahat hərəkət edə biləcəklər".
"Uzunluğu 17,7 km olan həmin yolun 6 hərəkət zolağı olacaq. Hazırda yol boyu torpaq işləri, bitki qatlarının çıxarılması, qazma və dolğu işləri görülür. Yolun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır”, - Anar Nəcəfli qeyd edib.
Teqlər:
"Bin\u0259q\u0259di-Balaxan\u0131 yolunun k\u0259si\u015fm\u0259sind\u0259ki dair\u0259 l\u0259\u011fv edilir"