Menyu

Bakının bu rayonlarında qaz təchizatı dayandırılacaq

Bakının bu rayonlarında qaz təchizatı dayandırılacaq

Aprelin 4-də Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Operativ Media"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması, Xətai rayonunun R.Əsgərov küçəsi 39 və S. Mehmandarov küçəsi 94 A ünvanlarında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar aprelin 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Səbail rayonunun Bayıl qəsəbəsinin və Xətai rayonunun R.Əsgərov, S. Mehmandarov, Ə.Şıxlinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər