http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rafiq Babayevin 88 illiyi münasibətilə tədbir keçirilib

04 Aprel 2024 , 17:14
Rafiq Babayevin 88 illiyi münasibətilə tədbir keçirilib

30 mart 2024-cü il tarixində "JIDIR JAZZ" komandası Bakıda, Şəhriyar adına Mədəniyyət Mərkəzində, Azərbaycan caz musiqisinin banilərindən biri olmuş Rafiq Babayevin 88 illiyi münasibətilə tədbir təşkil etmişdir.

"Operativ Media" xəbər verir ki, tədbirdə ilk öncə qonaqlar üçün Rafiq Babayevin həyat və yaradıcılığı ilə bağlı sərgi nümayiş olunmuşdur. Sərgidə pianoçunun nadir fotoları, müxtəlif afişaları və məqalələr yer almışdır. Həmçinin rəssam Şərqiyyə Rəhmanlının Rafiq Babayev musiqisindən təsirlənərək ərsəyə gətirdiyi rəsm əsəri nümayiş olunmuşdur. 

Daha sonra qonaqlar geniş konsert proqramı ilə Rafiq Babayevin unikal caz atmosferinə qərq olmuşdurlar. Onun ən məşhur əsərləri Azərbaycanın aparıcı musiqiçilərinin ifasında səslənərək hələ də akutallığını qoruduğunu, yaradıcılığının necə zəngin olmasını nümayiş etdirib. 

Geniş konsert programında Jamil Amirov & Savab, Salman Gambarov & Bakustic Jazz, Anvar Sadigov & Qaytagi Ensemble, Teyyub Aslanov, Mirjavad Jafarov & Jangi Ensemble, Tofig Jabarov & Bakuba, Alasgar Abbasov, Qaya Ensemble, Emil Afrasiyab Trio, Firudin Hamidov & H3 Collective, Afghan Rasul Trio, Vasif Huseyn Trio, Afshin Alizadeh Quartet, Ilhama Gasimova, Nijat Aslanov Quartet, Hidayat Sadigbayli çıxış etmişdir. 

Gecənin aparıcısı Rahib Azəri xatirə və bilgiləri ilə qonaqları Rafiq Babayevlə daha da yaxından tanış etmişdir.

Konsert çox sayda caz pərəstişkarlarını, tənqidçiləri ölkənin mədəniyyət elitasının bir çox görkəmli xadimlərini və musiqi həvəskarlarını bir araya gətirərək, tədbirin Azərbaycan mədəniyyətində əhəmiyyətini qeyd etmişdir.

Bu tədbir, artıq kiçik layihələrə imza atmış caz musiqiçilərini və müxtəlif peşə sahiblərini birləşdirən gənclər birliyi olan “JIDIR JAZZ” layihəsinin təqdimatına və onların təşkilatçı qismində çıxış etməsinə imkan yaratmışdır.
"JIDIR JAZZ" komandası Azərbaycan musiqi mədəniyyətinin təbliği və tanınması istiqamətində geniş səylərini davam etdirir və dayanmadan yeni layihələr üzərində işləyir. 

Tədbirin ərsəyə gəlməsində  "Gələcəyə Doğru xeyriyyə fondu" , "Cult-Baku" , "HandiCraft" və "Şəhriyar adına Mədəniyyət Mərkəzinə" xüsusi təşəkkür edirik!
 
Təşkilati dəstəyə görə Rafiq Babayevin ailəsinə, H3 Collective, AzeriJazz, ETUD BAKU, ANCL, GreenTunes, Nine Studio, İctimai Radio və Televiziyasına, JIDIR JAZZ gənc könüllülərinə və İRƏLİ İctimai Birliyinin könüllülərinə, YelloAD və Admediaya dərin təşəkkürlərimizi bildiririk.

Rafiq Babayev musiqisi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olaraq tarixin səhifələrinə yazılıb və bu gün də öz dinləyicilərinin ruhunu qidalandırır.

OXŞAR XƏBƏRLƏR
Aktyor Bob Nyuhart vəfat edib

Aktyor Bob Nyuhart vəfat edib

Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

XƏBƏR LENTİ
  • 11:10

    Şəki və Zaqatala ərazisindəki çaylardan sel keçib
  • 11:06

    Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib
  • 11:04

    Paris-2024: Azərbaycanlı badmintonçu məğlubiyyətlə başladı
  • 10:54

    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 10:52

    DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb
  • 10:44

    Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
  • 10:35

    UEFA-dan AFFA rəsmisinə təyinat
  • 10:07

    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Menyu