"WhatsApp"a yeni funksiya gəlir

“WhatsApp”ın yeni funksiyası - "şəkil içində şəkil" videolara kiçik pəncərədə baxmağa imkan verir.
"Operativ Media" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Belə ki, yenilik iOS üçün "WhatsApp"ın 24.7.10.73 versiyasında müşahidə edilib. Tətbiqin beta versiyasını quraşdıranlar sürüşdürlə bilən pəncərə rejimində "YouTube" və "Instagram"dan göndərilən videolara “WhatsApp”dan çıxmadan baxa bilərlər.
Bildirilib ki, gələcəkdə bu funksiya birbaşa messencerə yüklənmiş videofayllarla da tətbiq olunacaq.
Hələlik funksiya yalnız proqram daxilində videoya baxışı məhdudlaşdırır. Başqa proqramı açmağa çalışdığınız zaman videonu ehtiva edən pəncərə bağlanacaq. Bu vəziyyətin gələcəkdə düzəldilməsi gözlənilir ki, bu da videoya baxmağı dayandırmadan smartfonun bütün funksiyalarından istifadə etməyə imkan verəcək.
Yeni "şəkil içində şəkil" video funksiyası hazırda inkişaf mərhələsindədir və yalnız beta testinin bir hissəsi kimi mövcuddur. Yeniliyin bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt işləyəcəyi barədə dəqiq məlumat verilməyib.