Ana səhifə / Cəmiyyət / Sabah qaz ödənişi ilə bağlı sistemdə müvəqqəti fasilə yaranacaq Sabah qaz ödənişi ilə bağlı sistemdə müvəqqəti fasilə yaranacaq 06.04.2024, 19:39 Aprelin 7-də saat 01:00-dan 12:00-dək qaz abonentləri üçün İTRON smart kart ödənişi istisna olmaqla ödəniş sistemi əlçatmaz olacaq. “Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Buna səbəb "Azəriqaz"ın informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi olacaq. Qeyd olunub ki, bu müddət ərzində ödəniş etməmələri (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Teqlər: "Sabah qaz \u00f6d\u0259ni\u015fi il\u0259 ba\u011fl\u0131 sistemd\u0259 m\u00fcv\u0259qq\u0259ti fasil\u0259 yaranacaq"