Menyu

İranda 2 min məhbus üçün amnistiya və ya cəzanın azaldılması qərarı verilib

İranda 2 min məhbus üçün amnistiya və ya cəzanın azaldılması qərarı verilib

İran lideri Ayətullah Əli Xamenei 2 min 127 məhbus üçün amnistiya və ya cəzanın azaldılmasını ehtiva edən təklifi təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə İran Ədliyyəsinə bağlı "Mizan" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Ədliyyə Başçısı Qulam Hüseyn Möhsini Ejeinin təklifi və Xamneyinin təsdiqi ilə 2127 məhbusun cəzası ilə bağlı qərarlar qəbul edilib.

Qərarın Ramazan bayramı ilə əlaqədar İnqilab və Ümumi Məhkəmələr və Silahlı Qüvvələrin Ədliyyə Müəssisələri tərəfindən cəzalandırılan məhbusları əhatə etdiyi bildirilərkən, edam cəzasına məhkum edilmiş 29 məhbusun cəzasının həbslə əvəzləndiyi, 858 məhbusun isə cəzasının azaldılacağı bildirilib.

İran Konstitusiyasına görə, Xamneyinin məhbusları əfv etmək səlahiyyəti var. İran Ədliyyəsinin tələbi ilə Xamenei hər il, xüsusən də inqilabın ildönümündə, bayram və digər dini günlərdə məhbuslara amnistiya elan edir.

Teqlər:

"\u0130randa 2 min m\u0259hbus \u00fc\u00e7\u00fcn amnistiya v\u0259 ya c\u0259zan\u0131n azald\u0131lmas\u0131 q\u0259rar\u0131 verilib"

Əlaqəli Xəbərlər