Menyu

Rusiya: Makron və bəzi Qərb liderləri Moskvadakı terror aktında şərikdirlər

Rusiya: Makron və bəzi Qərb liderləri Moskvadakı terror aktında şərikdirlər

Rusiya Fransa prezidenti Emmanuel Makron və bəzi Qərb dövlətləri liderlərinin ötən ay Moskvada "Crocus City Hall" konsert salonunda törədilən terror aktının "şəriki" və "sponsoru" olduğunu iddia edib.

"Operativ Media" xəbər veir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında martın 22-də Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı açıqlama verib.

Sözügedən terror aktını törədənlərin tutulduğuna diqqət çəkən Medvedev qeyd edib: "Bu əclaflar inancları üçün ölməyə hazır olan dini fanatiklər deyil. Bunlar az pula muzdlu və öyrədilmiş qatillərdir".

"Hücumun əsl təşkilatçılarının Ukrayna hakimiyyəti olduğunu və hələ də İŞİD-in kölgəsində gizləndiyini" iddia edən Medvedev Fransa prezidenti Emmanuel Makron və bəzi Qərb ölkələri liderlərinin hücumun "şəriki" və "sponsoru" olduğunu əlavə edib.

Medvedev vurğulayıb: "Makronun ritorikası və hərəkətləri martın 22-də törədilən terror aktında şərik kimi qələmə verilə bilər. Aydındır ki, Makron və bəzi digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bu, bağışlanmazdır. Onlar indi Rusiyanın düşmənləridirlər".

Teqlər:

"Rusiya: Makron v\u0259 b\u0259zi Q\u0259rb liderl\u0259ri Moskvadak\u0131 terror akt\u0131nda \u015f\u0259rikdirl\u0259r"

Əlaqəli Xəbərlər