Menyu

Britaniya: Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

Britaniya: Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

Ədən körfəzindən 59 dəniz mili cənub-qərbdə gəmiyə hücum baş verib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, gəmi yerli vaxtla saat 05:05-də (Bakı vaxtı ilə 09:05) hücuma məruz qalıb: "Faktla bağlı araşdırma aparılır".

Əlavə məlumat verilmir.

Mərkəz Qırmızı dəniz bölgəsindəki gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli insident barədə məlumat vermək üçün tövsiyələr verib. 

Teqlər:

"Britaniya: \u018fd\u0259n k\u00f6rf\u0259zi yax\u0131nl\u0131\u011f\u0131nda g\u0259miy\u0259 h\u00fccum edilib"

Əlaqəli Xəbərlər