Çin Cənubi Çin dənizində döyüş patrulları həyata keçirib
Çin Xalq Azadlıq Ordusunun (PLA) Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Cənubi Çin Dənizində (SCS) döyüş patrulları həyata keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə PLA-nın Cənub Döyüş Komandanlıq Zonası məlumat yayıb.
"PLA-nın Cənub Döyüş Komandanlığı Cənubi Çin dənizində birgə dəniz və hava döyüş patrulları təşkil edəcək. Cənubi Çin dənizində normal vəziyyəti pozan və qeyri-sabitlik yaradan bütün hərbi fəaliyyətlər nəzarət altındadır", - hərbi idarənin bəyanatında deyilir.
Cənubi Çin dənizindəki Nanşa arxipelaqı ilə bağlı Çin və Filippin, eləcə də regionun digər ölkələri arasında ərazi mübahisəsi var. Bu adalar zəngin bioloji ehtiyatlarına, Hind və Sakit okeanların kəsişməsində strateji əhəmiyyətinə, potensial neft və qaz ehtiyatlarına görə qiymətlidir.