Menyu

Britaniya iki vətəndaşın HƏMAS silahlıları tərəfindən saxlanıldığını bildirib

Britaniya iki vətəndaşın HƏMAS silahlıları tərəfindən saxlanıldığını bildirib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron krallığın iki vətəndaşının hələ də HƏMAS hərəkatının yaraqlılarının nəzarətində olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X"də yazıb. 

"183 gündən sonra HƏMAS hələ də 100-dən çox girovu saxlayır. Bizim bu hərəkətlərə qarşı]ə etirazımız bu gün onların əsir götürüldüyü gün qədər güclüdür. HƏMAS onları azad etməlidir. Biz onların saxlanma şərtləri haqqında çox az şey bilirik. Kimin hələ sağ olduğuna belə əmin deyilik. Amma onların kim olduğunu bilirik. İki britaniyalı və bir çox başqa ölkələrin vətəndaşları. Tələbələr və festival iştirakçıları, tikinti işçiləri və Holokost tarixçisi. Valideynlər, uşaqlar", - qeyd edib.

Teqlər:

"Britaniya iki v\u0259t\u0259nda\u015f\u0131n H\u018fMAS silahl\u0131lar\u0131 t\u0259r\u0259find\u0259n saxlan\u0131ld\u0131\u011f\u0131n\u0131 bildirib"

Əlaqəli Xəbərlər