Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə "Operativ Media"ya Xidmətdən bildirilib.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağ, Xınalıqda qar yağır.
Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta qeydə alınıb.