Hizbullah İsrail ordusunun mövqelərinə zərbə endirib
Hizbullah döyüşçüləri İsrailin Qolan təpələrindəki hərbi bazalarına onlarla raketlə hücum edib.
"Operativ Media" xəbər verir ki, bu barədə birləşmənin hərbi informasiya xidmətinin "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Açıqlamaya görə, Hizbullah tərəfdarları İsrail ordusunun hava və raketdən müdafiə qüvvələrinin qərargahını, həmçinin raket və artilleriya bazasını atəşə tutub. Raket zərbələri Livan ərazisinin dərinliklərində yerləşən Bekaa bölgəsində qarşı tərəfin hücumlarına cavab olaraq həyata keçirib.
Hizbullah partiyasının lideri Şeyx Həsən Nəsrullah aprelin 5-də qeyd edib: "İsrailin Qəzza zolağında fələstinlilərə qarşı təcavüzü dayandırılana qədər Livanın cənubu cəbhədə qaynar nöqtə olaraq qalacaq".
O vurğulayıb ki, müqavimət qüvvələri İsrailin Livana hücumu halında genişmiqyaslı münaqişəyə girməkdən qorxmurlar.
Teqlər:
"Hizbullah \u0130srail ordusunun m\u00f6vqel\u0259rin\u0259 z\u0259rb\u0259 endirib"